İzmir Azərbaycan Dərnəyinin sədri Pərviz Altayın başçılıq etdiyi nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST Evi” filialı ilə tanış olub. Qonaqlara filialın fəaliyyəti, xidmət istiqamətləri barədə məlumat verilib.
Qeyd olunub ki, “DOST Evi” sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin bacarıqlarını təkmilləşdirdiyi məkan olmaqla yanaşı, müvafiq peşə hazırlığı kursları üçün təlim bazası rolu oynayır, bölgədə milli sənətkarlığın inkişafına xidmət göstərir.
Nümayəndə heyətinin üzvləri yaradıcılıq emalatxanalarında hazırlanan əl işlərinə baxıb, təlim prosesini izləyiblər.
Kaynak: inclusivecenter.gov.az