Türkiyənin İzmir şəhərində “34-cü ilində hər yönü ilə Xocalı və Azərbaycan–Ermənistan münasibətləri” mövzusunda panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) təşəbbüsü ilə Türkiyənin Ege Universitetində təşkil edilib. Tədbirdə çıxış edən İZAZDER-in sədri Pərviz Altay, Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri professor Abdullah Temsizkan, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıl Xocalı soyqırımı haqqında danışıb, bəşəri ədalət naminə bu faciənin dünyada tanınmasının vacibliyini vurğulayıblar.

Bu ali təhsil müəssisəsinin professoru Vəfa Kurbanın moderatorluğu ilə keçirilən iclasda Manisa Calal Bayar Universitetinin professorları Umut Kedikli və Zafer Atarın mövzu ilə bağlı məruzələri dinlənilib.

Kaynak: azertag.az