Bakıda “Bir millət, iki iqtisadiyyat” mövzusunda işgüzar tədbir keçiriləcək
BAYRAQDAR MEDİA – Yarandığı qısa vaxt ərzində önəmli işlərə iza atan İzmir Azərbaycan Dərnəyi (İZAZDER) daha bir önəmli təəbbüsü reallaşdırır. Belə ki, İZAZDER-in İş Gelişdirmə Komitəsi Bakıda iş adamlarını bir araya gətirir.
Bununla bağlı məlumatda deyilir ki, iyunun 24-də Bakıda “Bir millət, iki iqtisadiyyat” mövzusunda işgüzar tədbir keçiriləcək.
Qurumun bununla bağlı müraciətində aşağıdakı fikirlər öğz əksini tapıb: “Hörmətli iş adamlarımız,
İZAZDER İş Gelişdirmə Komitəsi, Azərbaycan İqtisadiyyat Nazirliyinin Türkiyə Nümayəndəliyinin dəstəyi ilə, 24 iyun 2025-ci il tarixində Bakıda mühüm bir işgüzar tədbir təşkil edir.”Bir millət, iki iqtisadiyyat” şüarı ilə həyata keçirilən bu görüş, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verməyi hədəfləyir. Bu tədbir, iki qardaş ölkənin sahibkarlarını, sərmayəçilərini, istehsalçılarını və peşəkarlarını bir araya gətirərək, ortaq iqtisadi güc yaratmaq və yeni bazarlara çıxış imkanları yaratmaq məqsədini daşıyır”.
Açıqlamada daha sonra deyilir:
Kimləri dəvət edirik?
• İxracla böyümək istəyən sahibkarları
• Yeni bazarlar axtaran istehsalçıları
• Sərmayə axtaran startap qurucularını
• Fərqli sahələrdə çalışan peşəkarlar
• Yaradıcı ideyalara sahib gəncləri
İZAZDER, Bakıda keçiriləcək bu ilk görüşü ilə unikal bir iş platforması yaradır.
Tədbir çərçivəsində ikitərəfli görüşlər, təqdimatlar və panel müzakirələri ilə iştirakçılar real əməkdaşlıqlar qurmaq imkanı əldə edəcəklər.
Əlaqə və qeydiyyat üçün: business@izazder.org.tr/ +90 532 056 19 11/ www.izazder.org
Qeyd edək ki, tədbirin informasiya dəstəkçiləri arasında BAYRAQDAR MEDİA və CASCFEN də var.
Kaynak: www.bayraqdar.info