BAYRAQDAR MEDIA – Yanvarın 23-də İzmir Azərbaycan Dərnəyinin sədri Pərviz Altay Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində olub. Komitədə sədr Fuad Muradov tərəfindən qəbul edilən Pərviz Altay rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.

İZAZDER-dən verilən məlumata görə, görüş zamanı təşkilatın bu günə kimi həyata keçirdiyi layihələr, həmçinin gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə də söhbət açılıb. Pərviz Altay həmçinin bu il İzmirlə Bakının qardaşlaşmasının 40-cı ildönümü olduğunu diqqətə çatdırıb, bu münasibətlə apreldə İzmirdə böyük bir tədbirin keçirilməsinin planlaşdırıldığını və tədbirdə Azərbaycandan böyük nümayəndə heyətinin iştirakının arzuedilən olduğunu deyib. Fuad Muradov isə öz nöbəsində bu təşəbbüsü müsbət qiymətləndirib.

Görüşdə həmçinin ümumilikdə diaspor fəaliyyəti və İzmirdə Azərbaycan diaspor təşkilatlarının mövcud durumuna dair fikir mübadiləsi aparılıb. Komitə sədri diaspor fəaliyyətinə dair bəzi tövsiyə və fikirlərini də çatdırıb.

Sonda xatirə fotosu çəkilib.

Kaynak: www.bayraqdar.info